Aİİ və İran arasında ATZ yaradılması son mərhələdədir

saytların hazırlanması

Evə çatdırılma

Aİİ və İran arasında ATZ yaradılması son mərhələdədir

Dünya

09 Fevral 2023 11:54 562


Aİİ və İran arasında azad ticarət zonasının (ATZ) yaradılması üzrə danışıqlar yekun mərhələdədir, məsələlərin əksəriyyəti razılaşdırılıb.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov deyib.

Diplomatın sözlərinə görə, ticarət naziri Andrey Slepnevin yanvarın 18-19-da Tehrana səfəri zamanı Aİİ (Avrasiya İqtisadi İttifaqı) İranla danışıqları başa çatdırmaq üçün əksər məsələlər üzrə razılığa gəlinib. pizza

“Kənd təsərrüfatı məhsullarının ayrı-ayrı kateqoriyaları üçün bazara qarşılıqlı çıxış məsələsi həll olunmamış qalır və bu, hazırda tərəflər arasında müzakirə olunur”, - deyə səfir qeyd edib.

A. Dedovun sözlərinə görə, danışıqlar prosesi başa çatdıqdan sonra saziş Aİİ ölkələrinin hökumətləri və Ali Avrasiya İqtisadi Şurası tərəfindən təsdiq edilməlidir:

"Bunlar kifayət qədər zəhmət tələb edən prosedurlar olsa da, İranla əməkdaşlığın vacibliyini nəzərə alaraq, gözləmək olar ki, tərəflər onların ən qısa zamanda həyata keçirilməsində maraqlı olacaqlar".

Rusiya səfiri həmçinin qeyd edib ki, İran və Aİİ arasında azad ticarət zonasının formalaşmasına gətirib çıxaran müvəqqəti razılaşma sayəsində Tehran öz kənd təsərrüfatı məhsullarının ittifaq ölkələrinə tədarükünü xeyli artırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!