Ailə tipli baxçaların tətbiqi nəzərdə tutulur

saytların hazırlanması

Evə çatdırılma

Ailə tipli baxçaların tətbiqi nəzərdə tutulur

Sosial

11 Dekabr 2023 10:45 563


Məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı UNİCEF-lə əməkdaşlıq edirlir: Marqarita pizza

"Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur. Bunlar əsasən kəndlərdə təşkil olunacaq".

Nazir deyib ki, hazırda məktəbəqədər təhsildə 36-37 faizlik əhatəliliyin təxminən yarısı alternativ məktəbəqədər təhsil modelləri ilə təmin olunur.

O bildirib ki, məktəbəqədər təhsilin bir ili olduqca önəmlidir və bu, uşaqların riyazi və oxu bacarıqlarında özünü göstərir:

"İki il olarsa, daha yaxşı olar. Minimum bir il olması arzuediləndir. Bizim nəslin məktəbəqədər təhsildə iştirakı 16 faiz idi. İndiki 37 faizlik əhatəliliyin nəticələrini isə biz 2030-2040-cı illərdə görəcəyik. İndiki uşaqlar həmin illərdə əmək bazarına daxil olacaqlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!