“Ailəmi koronavirusa mən yoluxdurmuşam“   - Lalə Məmmədova

saytların hazırlanması

Evə çatdırılma

“Ailəmi koronavirusa mən yoluxdurmuşam“ - Lalə Məmmədova

Şou

30 Noyabr 2020 11:54 908


“Virus ailəmizdən yan keçmədi. Bir ailənin kiçiyindən tutmuş böyüyünədək hamısının xəstələndiyini gözünüzün qabağına gətirsəniz, səhnə sizə bəlli olacaq".

Bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkə hesabında yazıb.

Yenisabah.az xəbər verir ki, sənətçi özünün və 7 yaşlı qızınının iybilmə, dadbilmə qabiliyyətini itirdiyini qeyd edib: Dördpendirli pizza

"Qorunun, yaşlıları qoruyun... Hər gün haldan-hala düşən valideynlərimi görmək bilsəniz nə qədər ağrılıdır. Ağrılı və vicdan əzablı... Bu gün xəstəxananın əməkdaşı məndən xəstəliyin yoluxma səbəbini və ilkin şəxsin kim olduğunu soruşanda, ürək ağrısı ilə "mənəm" dedim.

Ancaq son yoluxma ehtimal olunan məkan - telekanallarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil. "Efirimizə niyə gəlmirsiniz?" deyib, giley-güzar edən televiziya işçiləri, dostlarım, siz maska geyinsəniz də, biz maska taxıb, çıxıb efirdə oxumuruq. Bu halda biz sənətçilərin yoluxma riski daha çoxdur. İnşallah, her şey yoluna düşər və biz yenə efirlərdə görünərik. Diqqətli olun... Bir adamın yoluxması bir ailənin yoluxmasına səbəb olur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!