Akif Nağı Qarabağ Komitəsinin idarə heyətindən uzaqlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Akif Nağı Qarabağ Komitəsinin idarə heyətindən uzaqlaşdırıldı

Siyasət

06 Mart 2019 22:13 1237


Bu gün Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı QK-ya üzv olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə QK-nın mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallı məlumat verib:

"Eyni zamanda ADR Hərəkatının təmsilçisi Əlövsət Sadıqlı və VHP təmsilçisi Felmar Alakbarli yekdilliklə Qarabağ Komitəsinin İdarə Heyətinin yeni üzvləri seçiliblər. Ölkəmizdən kənarda mühacir həyatı yaşayan Cavid Cabbarlı, İmadəddin İsrafilov və gənc fəallardan Səddam Nəcəfov yekdilliklə Qarabağ Komitəsinin üzvü seçiliblər. Komitə 16 mart mitinqinin kütləvi təbliğatına qərar verib. İdarə Heyətinin iclasından sonra Qarabağ ətrafında baş verən hərbi-siyasi vəziyyət haqqında müzakirələr başlayıb". pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!