"Xəstəxanaya düşəndə fikirləşdim ki, nə yaxşı evlənməmişəm, subayam. Yəni uşağımı və ya xanımımı ortalıqda qoymamışam. Anam bəlli yaşa çatıb, məni böyüdən insandır və yaşamağın yolunu bilir. Mənsiz anam yaşaya bilər. Bir də var ki, evli olasan, bir uşağın qala... Kiminsə qızı ilə evlənib, yenicə başlamışdıq "salam aleykumə" indi də gəl təkbaşına uşaq böyüt. Yəni bunların olmamasına sevindim".
Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri aparıcı və aktyor Elcan Rəsulov "Söhbət var" verilişində deyib.
Bir müddət əvvəl səhhəti pisləşən Elcan sağalandan sonra da pis vərdişlərini tərgidə bilmədiyini vurğulayıb: Dördpendirli pizza
"Xəstəxanada özüm-özümə sayıqlayırdım ki, sağalıb, buradan çıxandan sonra qızardılmış yeməklər yeməyəcəyəm. Yalnız səliqəli şəkildə buxarda bişirilmiş yeməklər. Səhərlər hava şəraitindən asılı olmayaraq, çovğun, qar olsa da, Yeni Bulvarda bir saat gəzəcəyəm və siqareti atacağam. Başqa variantım yoxdur. Bir də bu yaşıma kimi heç zaman şorba içməmişdim. Sulu xörəyin nə olduğunu bilmirdim, çünki zəhləm gedirdi.
Qərar vermişdim ki, hər yeməkdən əvvəl şorba içəcəyəm. Xəstəxanadan çıxandan sonra bir tək şorba məsələsinə əməl edirəm. Amma səhərlər bulvarda gəzmək, hava yaxşı belə olsa, getmirəm, siqareti də tərgidə bilmədim".
Telegram kanalımız