Alimentin artırılması boşanmaları artıracaq?

saytların hazırlanması

Evə çatdırılma

Alimentin artırılması boşanmaları artıracaq?

Sosial

31 Dekabr 2022 17:55 1088


Cəmiyyətdə bir sıra mövzu və məsələlər var ki, illər keçsə də həllini tam olaraq tapmadığından yenidən müzakirə mövzusu olur. 

Bunlardan biri boşanan cütlüklərin arasında uşağa veriləcək aliment məsələsidir. Kimisi təyin edilən məbləğin uşağın ehtiyaclarını ödəmədiyini deyir, kimisi isə ümumiyyətlə, aliment verilməməsininin tərəfdarıdır. Son günlər elə ikinci fikirdə olan insanların iddiaları daha çox gündəmə gəlir. Bəzi ekspertlər ailələrin dağılma səbəbini uşaqlara veriləcək alimentlə əlaqələndirir. Məhz buna görə ailələrin dağılmaması üçün alimentin artırılmaması təklif edilir. Qeyd edək ki, Azərbaycanda alimentin minimum miqdarı bu ilin yanvar ayından 175 manatdan 193 manata qaldırılıb.  "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır. Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman  məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır.  Yəni hazırda bu məbləğ 193 manatdır. 

Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, aliment mövzusu çox aktualdır:  Pepperoni pizza

"Mən arzu edərdim ki, ailələrdə boşanma halları olmasın. Uşaqlar hər iki valideynlə birlikdə, normal mühitdə böyüsünlər. Uşaqlar atasız, ya da anasız böyüməsinlər. Çünki bu uşaq üçün həm də psixoloji travma olur. Ona görə də arzu edərdim ki, ümimiyyətlə alimentə ehtiyac olmasın". 

Deputat bildirib ki, alimentin artırılmasına lüzum görünür: 

"Alimentin miqdarının artmasına gəldikdə isə bildirim ki, ildən-ilə inflyasiya artır, minimum yaşayış miqdarı artır. Bununla əlaqədar olaraq alimentin də artırılmasına ehtiyac duyulur. Çünki hər bir uşağın hüququdur ki, normal böyüsün. İstər sağlamlıq cəhətdən, istər qidalanma, istərsə də digər təlabatları ödənməlidir. Bu zəruridir. Bununla əlaqədar da valideynlər əgər aliment ödəyirsə, bu, ancaq uşağın təlabatlarına xərclənir”. 

Bu halın boşanmaların sayının artmasına gətirib çıxaracağına dair fikirlərə gəlincə, deputat bunları deyib: 

“Güman etmirəm ki, hər hansı normal ailədə alimentin verilən miqdarı çox olsa, digər ailələrin dağılması üçün zəmin yaratsın. Heç bir tərəf istəməz ki, onların ailəsi dağılsın. Hesab edirəm ki, qarşılıqlı hörmət, güzəştə getmək, dözümlülük göstərmək kimi qaydalara riaiyət etməklə, ailələrin dağılmasının, boşanmaların qarşısını almaq mümkün olar". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!