"Nə yalan deyim, səhnə üçün çox darıxmışam, həm də lap çox".
Yenisabah.az xəbər verir ki, bu sözləri gənc müğənni Elvin Abdullayev özünün sosial şəbəkə hesabında yazıb. Koronavirus pandemiyası ilə əlaqədar toy və konsertlərin təxirə salınmasından bəhs edən ifaçı darıxdığını etiraf edib:
"Zarafat edirdik sənətçi dostlarımızla... Bir araya gələndə kimsə mikrafonu alıb yerə qoymayanda, yəni çox oxuyanda deyirdik ki, sənindəki lap oxumağın tökülüb. Bu gün mən o vəziyyətdəyəm, oxumağım tökülür. Allah bu mərdimazar virusdan canımızı qurtarsın, hər kəs öz həyatına davam etsin, inşallah. Tək özüm üçün deyil, elə hamınız üçün hər şey yaxşı olsun istəyirəm. Çətin sınaqdan keçirik, Allah hər birimizi bu sınaqdan üzüağ çıxarsın". pizza mizza
Telegram kanalımız