Məşhur aktrisa Pərvin Abıyeva ona qarğış edən izləyicisinə cavab verib.
Yenisabah.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında ona qarğış dolu rəy yazan izləyicisini paylaşaraq onu bədbəxt adlandırıb.
İzləyicisinin Pərvinə "Üzün qara olsun, heç yanda hörmətin olmasın. Səni görəndə hamı nifrət etsin. Tək qal, nə cür istəsən özünü reklam et. Hamı sənə tüpürsün. Özün özünə Allahdan ölüm istə. O paylaşdığın videoya görə sənə nə qədər nifrət edirəm. Nə mundar insanimişsən. Sənin üzün həmişə qara olsun" sözlərini yazması onu hiddətləndirib. Dominos pizza
Aktrisa ona cavab olaraq "Sənin kimi yaşına-başına hörmət eləməyənə mən nə deyim? Onsuz da Allah səni vurub ki, belə qarğışlar edirsən. Gör nə qədər bədbəxtsən ki, bəd dua sənin üçün bu qədər asandır. Nə deyim, ağzından çıxsın sinənə yapışsın, axmaq"- deyə qeyd edib.
Qeyd edək ki,. bir müddət əvvəl Pərvin Abıyevanın və çox sayda qonağın yer aldığı əyləncəli gecədən görüntülər sosial mediada yayılıb. Aktrisa rəfiqəsinin qucağına oturaraq ehtiraslı rəqs edərkən görüntülənib.
Telegram kanalımız