“Ukrayna ilə sərhəddə baş verən insidentdən sonra Almaniya hərbçiləri ölkənin hava məkanında patrul xidməti həyata keçirərkən Varşavaya yardım göstərə bilərlər”.
Yenisabah.az DW-yə isitnadla xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Kristian Till deyib.
"Polşada baş verən insidentə dərhal cavab olaraq, Almaniyanın “Eurofighter” qırıcıları ilə patrul edərək Polşa hava məkanının mühafizəsini gücləndirməyi təklif edəcəyik", – Till bildirib. Pepperoni pizza
O vurğulayıb ki, Polşa istəsə, patrul xidməti sabahdan başlaya bilər.
Xatırladaq ki, Polşanın Ukrayna sərhədindən 6,4 km aralıda, Prjevoduv kəndinə raket düşüb, nəticədə 2 nəfər ölüb.
Polşa prezidenti Anjey Duda mətbuat konfransı zamanı bildirib ki, ölkə hakimiyyətinin raketi kimin buraxdığı barədə dəqiq məlumat yoxdur. Moskva hadisədə iştirakını inkar edib. Rusiya hərbi idarəsi qeyd edir ki, Rusiya silahları Ukrayna-Polşa dövlət sərhədi yaxınlığında heç bir hədəfi vurmayıb.
Telegram kanalımız