Almaniyadakı ABŞ aviabazasında hərbi təyyarə qəzaya uğradı

saytların hazırlanması

Evə çatdırılma

Almaniyadakı ABŞ aviabazasında hərbi təyyarə qəzaya uğradı

Dünya

22 Sentyabr 2026 20:03 101


Almaniyanın qərbində ABŞ-yə məxsus aviabaza ərazisində hərbi təyyarə qəzaya uğrayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə SWR nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Reynland-Pfalts əyalətində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Şpangdalem aviabazasında baş verib. İlkin məlumata əsasən, azı bir nəfər xəsarət alıb. Pepperoni pizza

Qeyd olunub ki, hadisədən əvvəl bazadan iki təyyarə havaya qalxıb. Onlardan birinin qəzaya uğradığı ehtimal edilir. Hadisə yerinə təcili yardım xidmətləri göndərilib. Alman yanğınsöndürənləri əvvəlcə aviabazaya çağırılıb, lakin hadisənin birbaşa ABŞ obyektinin ərazisində baş verdiyi məlum olduqdan sonra geri çağırılıblar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!