26 May - 13:02
Angela Merkelə yeni vəzifə təklif olundu

Angela Merkelə yeni vəzifə təklif olundu

Dünya

19 Yan 2022 10:16


BMT-nin baş katibi Antonio Quterreş Almaniyanın keçmiş kansleri Angela Merkeli BMT strukturunda yüksək səviyyəli məsləhətçi olmağa dəvət edib.

Yenisabah.az DPA agentliyinə istinadla xəbər verir ki, bu barədə beynəlxalq təşkilatdakı mənbələr məlumat yayıb.

Onların sözlərinə görə, Quterreş Merkelə təkliflə məktub göndərib. Almaniyanın keçmiş kansleri hələ cavab verməyib, lakin BMT onun təklifi qəbul edəcəyinə əmin deyil, agentlik qeyd edir.

Merkel 16 il kansler vəzifəsində çalışıb. 2018-ci ildə o, beşinci müddətə namizəd olmayacağını açıqladı. 2021-ci ildə onu Almaniya Federativ Respublikasının kansleri vəzifəsində Sosial Demokrat Olaf Şolz əvəz etdi.


Youtube kanalımız


Digər xəbərlər