“Araz-Naxçıvan”dan növbəti transfer

saytların hazırlanması

Evə çatdırılma

“Araz-Naxçıvan”dan növbəti transfer

İdman

03 Sentyabr 2024 18:01 440


“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb. 

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İssouf Paro bu gün tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb. 

Burkina Fasodan olan 29 yaşlı mərkəz müdafiəçi karyerasına vətənində “Ouagadougou” klubunda başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Concarneau” komandalarında çıxış edib.

Qeyd edək ki, Naxçıvan təmsilçisi bu yay Urfan Abbasov, Ülvi İsgəndərov, Ömər Buludov, Tərlan Əhmədli, Turan Vəlizadə, Karlos Jatoba, Bəxtiyar Həsənalızadə, Bernardo Oliveira Dias, Felipe Santos, Ramon Maçado və Slavik Alxasovu da heyətinə cəlb edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!