Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

Sosial

01 May 2026 16:26 750


Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. 

Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sıra ölkələrdə, alternativ hərbi xidmət və ya ödənişli xidmət növü mövcuddur. 

Məsələn, qardaş Türkiyədə ödənişli hərbi xidmət növü var. Hazırda orada ödənişli əsgərliyin məbləği 417 min TL və ümumilikdə hərbi xidmət müddəti 32 gün təşkil edir. Dünyada ödənişli əsgərlik və ya alternativ  xidmət Türkiyə, Avstriya, Finlandiya və İsveçrə kimi ölkələrdə fərqli üsullarla qüvvədədir. 

Azərbaycanda isə bu istiqamətdə müzakirələr aparılmasına baxmayaraq, hələ ki,  yeni bir qərar öz təsdiqini tapmayıb.  Ümumiyyətlə, Azərbaycanda ödənişli əsgərlik tətbiq edilə bilərmi?   

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Cebheinfo.az-a bildirib ki, Azərbaycanda alternativ hərbi xidmət olmalıdır və olacaq: 

“Sadəcə olaraq  bizdə hələlik bu məsələyə  diqqət yetirmək istəmirlər. Bizdə “Alternativ hərbi xidmət haqqında” Qanun qəbul olunmalıdır. Hələ 1990-cı ildə bu məsələ gündəmdə olsa da, öz həllini tapmadı. 2020-ci ildən Qarabağ məsələsi həll olunub. 

Sadəcə bizim millət vəkilləri müxtəlif sənədləri müzakirə etsələr də, “Alternativ hərbi xidmət haqqında” Qanuna fikir bildirmirlər. Alternativ hərbi xidmət olacağı təqdirdə ödənişli xidmətə də baxıla bilər. 

Məsələn, mən ali təhsil alıramsa, toplantılara cəlb edirlər, əqidəm imkan vermirsə, ödəniş edirəm və alternativ hərbi xidmət keçirəm. Sadəcə bu istiqamətdə məsələni müzakirə etmək istəmirlər. 

Bir sıra ölkələrdə, Gürcüstanda, qardaş Türkiyədə təcrübə var ki, hərbi xidmətlə bağlı müəyyən ödəniş edir, həmin vəsait hərbinin və yaxud güc strukturunun tələbatını ödəyir. Sadəcə olaraq  bunu reallaşdırmaq lazımdır. 

Ancaq qanunvericilik  orqanı və yaxud müvafiq güc strukturlarının rəhbərləri nədənsə özlərinə əziyyət vermək istəmir". Ekspert bildirib ki, mütləq Azərbaycanda da bu barədə qanun olacaq: 

"Ancaq nə qədər tez olsa, bir o qədər yaxşıdır. Mən şəxsən bunun tərəfdarıyam”.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!