ARB-də aparıcılar dalaşdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

ARB-də aparıcılar dalaşdı - Video

Şou

14 May 2019 12:38 1296


ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” proqramının bugünkü qonağı xanəndə Elnarə Abdullayeva olub.

"Yeni Sabah" xəbər verir ki, veriliş zamanı aparıcı Elgiz Əkbər müğənniyə suallar ünvanlayıb. Bu zaman proqramın digər aparıcısı Əli Mirəliyev gah Elnarə əvəzdən cavab vermək istəyib, gah da Elnarənin sözünü kəsib.

Onun bu hərəkəti isə Elgiz Əkbərin ifaçıya irad bildirməsinə zəmin yaradıb. pizza sifarişi

“Sənə aiddiyəti yoxdur, keç, əyləş yerində. Sənin adın Elnarədi? İmkan ver, sözünü desin” deyə, Əkbər söyləyib.

Əli isə özünü müdafiə edərək, “Oturmuram, ayaq üstdə duracam. Mən də aparıcıyam, haqqım var” sözlərini deyib.

Qeyd edək ki, bir neçə gün öncə Elgiz verilişdə Əli Mirəliyevi “tükü tökülmüş qarğa”ya bənzədib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!