Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı

İdman

13 İyul 2026 19:37 85


Argentina futbol millisinin dünya çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2.5 milyondan çox insan imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, petisiya argentinaout.com saytında yerləşdirilib.

Müəlliflər hakimlərin Argentina millisinə, xüsusilə də Lionel Messiyə loyal münasibət göstərdiyini iddia edirlər. Dördpendirli pizza

"Nəticə əvvəlcədən məlumdursa, dünyanın qalan hissəsi niyə dünya çempionatında iştirak etsin? Argentinanı dünya çempionatından kənarlaşdırın və hamıya bərabər şans verin", - deyə petisiya müəllifləri bildiriblər.

Müzakirələrə səbəb olan epizod dünya çempionatının qrup mərhələsinin ilk turunda keçirilən Argentina - Əlcəzair oyununda baş verib. Ekspertlərin fikrincə, polşalı baş hakim Şimon Marçinyak ilk hissədə kobud qayda pozuntusuna görə Messini meydandan qovmalı idi, lakin ona hətta sarı vərəqə də göstərməyib. Həmin görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb və hər üç qolu Messi vurub.

Hazırkı dünya çempionu olan Argentina millisi bu mundialda yarımfinala yüksəlib və iyulun 15-də İngiltərə ilə qarşılaşacaq. Bir gün əvvəl isə digər yarımfinal görüşündə Fransa və İspaniya milliləri üz-üzə gələcəklər. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!