Argentinalı keçmiş futbolçu Tofiq Bəhramova söz atdı

saytların hazırlanması

Evə çatdırılma

Argentinalı keçmiş futbolçu Tofiq Bəhramova söz atdı

İdman

15 İyul 2026 16:59 92


Argentina millisinin sabiq oyunçusu Ernan Krespo ölkəsinin İngiltərə ilə oynayacağı matç öncəsi danışıb.

“Yeni Sabah” xəbər verir ki, 51 yaşlı keçmiş hücumçu bir zamanlar şərəfini qoruduğu kollektivin qələbəsinə tam inandığını bildirib:

“İngilislərin bizimlə matçda şansı yoxdur. Onların Konqo, Meksika və Norveçlə oyunlarını izləmişəm. Tam stabil taktiki gedişləri yoxdur. Yarımfinala çıxmaları belə böyük nəticədir. Axşamkı qarşılaşmada ingilislərə yeni bir Tofiq Bəhramov lazımdır”. pizza

Xatırladaq ki, 1966-cı ildə keçirilən Dünya Çempionatının finalında yaxın xətt hakimi kimi çıxış edən Tofiq Bəhramov İngiltərənin Almaniyaya vurduğu mübahisəli qolu keçərli saymışdı. Bu qərar illərdir almanlar və ingilislər arasında ciddi mübahisə mövzusudur. Həmin finalda ingilislər ilk və hələlik yeganə Dünya kubokunu qazanıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!