Atası Çimnazın ölümündə həkimləri günahlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Atası Çimnazın ölümündə həkimləri günahlandırdı

Şou

17 Yanvar 2025 12:58 323


"Anası rəhmətə getdi, ağlaya bilmirdi, stres keçirirdi. Sentyabrın 25-də anası öldü, oktyabrda ağrıları başladı. Anasının 40 mərasiminə 1 həftə qalmış pisləşdi".

Yenisabah.az xəbər verir ki, bu sözləri mərhum aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov "Xəzər axşamı"na açıqlamasında deyib. O, qızının anasının vəfatından sonra vəziyyətinin ağırlaşdığını bildirib:

"Mənə zəng etdi ki, ata, gəl. Getdim, dedi ki, ölürəm, apar məni həkimə. Mədə, bağırsaq keçməməzliyi yarandı. Bunu düzüb-qoşduq, gəldi evə, bizimlə otururdu. Həkimə dedim ki, nə zaman sağalacaq? Dedi, ay yarıma. 21-ci gündə zəng gəldi, həkim dedi gəl. Mənə dedi ki, ata depozit istədilər. Apardım depoziti qoydum. Deyirəm axı həkimlər deyirdi 2 ay keçməlidir, 21 gün tezdir. 7 saat əməliyyat keçdi. Bir gün keçdi yenə çağırdılar ki, vəziyyəti pisdir. Cərrahlar baxanda deyirdi ki, 21 gün tezdir, 2 ay keçməlidir. Bunu saldılar kritik ölümə. Günü-gündən psiləşdi. Ayaqları tutuldu, gəzə bilmədi. Həkim deyir, ölümdən qurtarmışıq. Deyirəm, qızım ayaqları ilə xəstəxanaya gəlib, siz ölümə salmısınız. Heç vaxt təzyiqi yox idi, təzyiqini qaldırdılar. Səhər getmişdim yanına, deyirdi, sıyıq, kəsmik yemişəm.  Marqarita pizza

Aktiv idi, arzuları çox idi. Qohum, dost sevən idi. Şəhərdə yaşayırdı. Anası vəfat edəndən sonra deyirdi atamın yanına köçəcəyəm".

Qeyd edək ki, Çimnaz yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!