“Avropa İttifaqı Rusiyanı öz günahı ucbatından itirdi, indi Moskva Avropa İttifaqını dost olmayan bir birlik hesab edir”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib: “Onlar Kiyevin cinayətkar rejimini silah və sursatla doyurur, Ukraynaya təlimatçılar və muzdlular göndərirlər”. pizza hut
Lavrov qeyd edib ki, Rusiya Avropa İttifaqı ilə dialoqun gələcəyi ilə bağlı qərarlarını ölkənin yeni xarici siyasəti konsepsiyasında nəzərdə tutulan maraqlar əsasında qəbul edəcək:
“Əgər nə vaxtsa avropalılar anti-Rusiya kursundan əl çəksələr və Rusiya ilə qarşılıqlı hörmət əsasında dialoqa üstünlük versələr, biz onların təkliflərini nəzərdən keçirəcək və Rusiya prezidenti Vladimir Putinin Rusiyanın xarici siyasət konsepsiyasında təsbit etdiyi milli maraqlarımız əsasında qərarlar qəbul edəcəyik”.
Telegram kanalımız