Avropa Liqasında 1/8 finalçılar bəlli oldu
26 Fev 2021 02:20
360

Avropa Liqasında 1/8 finalçılar bəlli oldu

Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

Yenisabah.az xəbər verir ki, matçlardan biri dünən baş tutub. Bu gün isə 1/8 finala vəsiqə uğrunda qalib olan 15 komanda məlum olub.

1/8 finala ilk vəsiqənin sahibi “Tottenhem” İngiltərədə Avstriyanın “Volfsberger” komandasını 4:0 hesabı ilə məğlub etmişdi. London klubu ilk oyunda da 4:1 qalib gəlmişdi. 

“Qarabağ”ın yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş “Vilyarreal” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi “Zalsburq”la bu dəfə doğma meydanda üz-üzə gəlib və bu matçda da qalib gələrək növbəti mərhələyə yüksəlib. “Makkabi” (Təl-Əviv) isə Ukraynada “Şaxtyor”la qarşılaşıb. Donetsk klubu ilk oyunda olduğu kimi bu matçdan da qalib ayrılıb.

Avropa Liqası

1/16 finalın cavab oyunları

25 fevral

“Ayaks” (Niderland) – “Lill” (Fransa) 2:1 (ilk oyun – 2:1)

Qol: Klaassen, 15. Neres, 88 – Y.Yazıçı, 78-pen.

 

“Şaxtyor (Donetsk, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:0 (2:0)

Qol: Moraes, 67-pen.

 

“Napoli” (İtaliya) – “Qranada” (İspaniya) 2:1 (0:2)

Qol: Zelinski, 3. F.Ruis, 59 – Montoro, 25.

 

“Hoffenhaym” (Almaniya) – “Molde” (Norveç) 0:2 (3:3)

Qol: Andersen, 20; 90+5.

 

“Vilyarreal” (İspaniya) – “Zalsburq” (Avstriya) 2:1 (2:0)

Qol: Moreno, 40; 89-pen – Berişa, 17.

 

“Reyncers” (Şotlandiya) – “Antverpen” (Beçlika) 5:2 (4:3)

Qol: Morelos, 9. Patterson, 46. Kent, 55. Barişiç, 79-pen. İtten, 90+2-pen – Refaelov, 32. Lamkel, 57.

 

“Arsenal” (İngiltərə) – “Benfika” (Portuqaliya) 3:2 (1:1)

Qol: Obameyanq, 21; 87. Tirni, 67 – Qonçalves, 43. R.Silva, 61.

 

“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna) 0:1 (1:1)

Qol: Buyalski, 83.

 

PSV (Niderland) – “Olimpiakos (Yunanıstan) 2:1 (2:4)

Qol: Zahavi, 23; 44 – Koka, 88.

 

“Bayer” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) 0:2 (3:4)

Qol: Siboçu, 48. Fassnaxt, 86.

 

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Krasnodar” (Rusiya) 1:0 (3:2)

Qol: Orsiç, 35.

 

“Roma” (İtaliya) – “Braqa” (Portuqaliya) 3:1 (2:0)

Qol: Dzeko, 24. L.Peres, 75. Mayoral, 90+1 – Kristante, 88-öz qapısına.

 

“Lester Siti” (İngiltərə) – “Slaviya” (Çexiya) 0:2 (0:0).

Qol: Provod, 49. Sima, 79.

 

“Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) 1:1 (2:2)

Qol: Kessye, 9-pen – Ben, 24.

 

“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) 0:0 (4:0)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər