Paytaxtda “Opel” yandı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda “Opel” yandı - VİDEO

Hadisə

24 May 2026 19:59 83


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Sezar pizza

Yanğınsöndürənlər tərəfindən "Opel" markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Yüksək temperaturun təsirindən yaxınlıqda park edilmiş "Mercedes" markalı minik avtomobilinin bamperi deformasiya edib. Xəsarət alan olmayıb.

Avtomobillərin digər hissələri yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!