Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazandılar

İdman

24 May 2026 20:18 78


Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından "Yeni Sabah"a verilən məlumata görə, son yarış günündə 5 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Finaladək bütün görüşləri vaxtından əvvəl qələbəylə başa vuran Yusif Abdullayev (38 kq) son qarşılaşmada da ənənəsinə sadiq qalıb. Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələn həmyerlimiz Avropa çempionu olub. pizza mizza

Elman İsmayılov (41 kq) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabıyla uduzub və gümüş medalı boynundan asıb.

Məhəmməd Kərimov (44 kq) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gələrək bürünc medal qazanıb.

Adəm Quliyev (52 kq) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabıyla məğlub olub və yarışı ikinci pillədə başa vurub.

Yusif Hüseynov (62 kq) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinovu üstələyib – 5:0.

Beləliklə, sərbəst güləş Azərbaycan millisi qitə birinciliyində 6 medal əldə edib. Xatırladaq ki, ötən gün Elvin Necəfzadə (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!