Alimlər qarpızın sağlamlıq üçün gözlənilməz faydalarını açıqlayıb. Aparılan araşdırmalara görə, qarpız ürək sağlamlığını dəstəkləyir, damar funksiyalarını yaxşılaşdırır və orqanizmi vitaminlərlə təmin edir.
“Yeni Sabah” xəbər verir ki, məlumata görə, qarpızın tərkibində olan L-sitrulin və L-arginin maddələri qan damarlarının genişlənməsinə kömək edir və qan dövranını yaxşılaşdırır.
Araşdırmada qarpız şirəsinin ürək ritminə və damar sağlamlığına müsbət təsir etdiyi müəyyən olunub. Toyuqlu pizza
Qırmızı qarpızın xüsusilə faydalı olduğu vurğulanır. Çünki onun tərkibində güclü antioksidant sayılan likopen maddəsi çoxdur. Bu maddə orqanizmi sərbəst radikallardan qorumağa kömək edir.
Qarpız C vitamini, kalium və maqnezium baxımından zəngindir.
Meyvənin 92 faizinin sudan ibarət olması isə onu yay aylarında ideal seçimə çevirir.
Aydan Hacı
Telegram kanalımız