Avropa Məhkəməsindən Azərbaycanla bağlı daha bir qərar – 20 min avro təzminat

saytların hazırlanması

Evə çatdırılma

Avropa Məhkəməsindən Azərbaycanla bağlı daha bir qərar – 20 min avro təzminat

Kriminal

08 Mart 2019 15:54 1473


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) NİDA Gənclər Hərəkatının fəalı, həbsdə olan İlkin Rüstəmzadənin şikayətilə bağlı qərarı elan edib.

Şikayət onun 2013-cü ildə İnternetdə yayımladığı videorəqsə görə həbsi və məhkəməyə qədər saxlanma ilə bağlıdır.

2013-cü ildə vətəndaş cəmiyyətinin fəalı İ.Rüstəmzadə orduda əsgər ölümünə görə hakimiyyəti tənqid edən nümayişlərdə iştirak edib. Dominos pizza

2013-cü il martın 1-də bir qrup gənc "Harlem Şeyk" rəqsini ifa edərək videoya çəkib. Sonradan video YouTube kanalına yüklənib. Videoda görünür ki, yeddi nəfər rəqs edir, onlardan biri "bürünc heykəlin yanında seksual hərəkətlər edir".

İ.Rüstəmzadə 2013-cü ilin mayında xuliqanlıq, "ictimaiyyətə hörmətsizlik", "ictimai asayişin pozulması" ittihamları ilə həbs olunub.

Prokurorluq istintaq müddətində onu həbsə alıb və bunu "Rüstəmzadənin qaçmaq və təkrar cinayət törətmək təhlükəsinin olması" ilə izah edib var.

Dəfələrlə apellyasiya verilməsinə baxmayaraq, məhkəmələr onun həbsdə qalma müddətini uzadıblar. 2014-cü ilin mayında o, NİDA Hərəkatının digər üzvləri ilə 8 il azadlıqdan məhrum edilib. Onlar iğtişaşların təşkilində ittiham olunublar.

Rüstəmzadə 5-ci maddəyə əsaslanaraq cinayət törətməkdə şübhəli bilinməsinə əsas olmadan həbs edilməsindən şikayətlənib.

AİHM onun 5.1-ci maddə (azadlıq və təhlükəsizlik hüququ) ilə hüquqlarının pozulduğunu tanıyıb və ona 20 min avro məbləğində kompensasiya və 2,5 min avro məbləğində məhkəmə xərclərinin ödənilməsini qərara alıb.

İ.Rüstəmzadə Amnesty İnternational beynəlxalq hüquq- müdafiə təşkilatı tərəfindən "vicdan məhbusu" kimi tanınıb.

Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!