Avropa Pakistanın Hava Yollarına hava məkanını bağlayır
06 İyl 2020 20:39
413

Avropa Pakistanın Hava Yollarına hava məkanını bağlayır

Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin mayın 22-də  Kəraçi şəhərində 97 adamın ölümünə səbəb olan qəzadan sonra 150 pilota məxsus vəsiqələrin araşdırılması ilə tənqid atəşinə tutulub.

Yenisabah.az xarici KİV-ə stinadən xəbər verir ki, Avropa Birliyi tərəfindən Pakistan Beynəlxalq Hava Yollarının ən az altı ay müddətində Avropaya uçuşuna qadağa qoyulacağını elan etməsi ölkənin maddi və inzibati çətinliklərə məruz qalan və may ayında baş verən 97 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra haqqında araşdırmalar başladılan milli hava yolu şirkətinə vurulan son zərbədir.

Ötən ay Pakistanın Aviasiya naziri Qulam Sarvar Xan tərəfindən çox sayda pilotun burada və digər hava yollarında şübhəli vəsiqələrə sahib olması ilə bağlı açıqlamalarından sonra ötən çərşənbə axşamı Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Agentliyinin Pakistan Beynəlxalq Hava Yollarına müvəqqəti olaraq qadağa qoyması ilə bağlı qərar açıqlayıb. Pakistan Hava Yollar 150 pilotun uçuşunu dayandırıb və bu pilotların lisenziyalarını və digər sənədlərini yoxlamaq üçün araşdırma aparılır.

Şübhəli vəsiqələrin verilməsi ilə bağlı xəbərlər pakistanlı pilotlar haqqında  beynəlxalq araşdırmanın aparılmasına səbəb olub. Bu həftənin əvvəlində Vyetnam, Vyetnam Hava Yollarında fəaliyyət göstərən 27 pakistanlı pilotunun uçuşunu dayandırıb. Birləşmiş Ərəb Əmirlikləri də Pakistan Hava Yollarına məxsus işçilərin vəsiqələrini yoxlamaq istəyib.

Avropa Hava Təhlükəsizliyi Agentliyi hava yolunun "hal-hazırda tətbiq olunan beynəlxalq standartlara uyğun olaraq öz operatorlarını və təyyarələrini sertifikatlaşdırmaq və nəzarət etmək iqtidarında olmadığını" bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər