“Avroviziya-2021” üçün mahnı qəbulu elan edildi

saytların hazırlanması

Evə çatdırılma

“Avroviziya-2021” üçün mahnı qəbulu elan edildi

Şou

07 Yanvar 2021 22:41 949


“Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb.

İTV-nin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, “Avroviziya-2021” üçün mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 19-a qədər öz mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb. pizza hut

Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2020-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi “Efendi” adlı ifaçı təmsil edəcək.

Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri isə bəstəkar İsa Məlikovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!