Avstriya Rusiyanın 4 diplomatını persona non-qrata (“arzuedilməz şəxs”) elan edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, diplomatlardan ikisi BMT-nin Vyanadakı missiyasında, ikisi isə Rusiyanın Avstriyadakı səfirliyində işləyir. Dördpendirli pizza
Məlumata görə, onlara Avstriya ərazisini tərk emək üçün möhlət verilib.
Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı müharibə diplomatlarının fəaliyyətinə də təsir edir. Dünyanın bir çox ölkələri Federasiyanın səfirliklərinin diplomatlarını və əməkdaşlarını “casusluq” fəaliyyətinə görə ölkələrindən çıxarır, “arzuolunmaz şəxs” elan edirlər.
Telegram kanalımız