“Axı günahım nədir?“ - Aqil M. Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Axı günahım nədir?“ - Aqil M. Quliyev

Şou

23 Noyabr 2022 14:35 942


“1996-cı ildə rejissor diplomunu alandan bu günə qədər cəmi 2 dəfə Mədəniyyət Nazirliyində olmuşam... Elə bu iki dəfə də yəqin tesadüf imiş...”

Yenisabah.az xəbər verir ki, bu sözləri rejissor Aqil M. Quliyev sosial media hesabında yazıb.

O, Mədəniyət Nazirliyindən şikayətlənən həmkarlarına hay verib: Marqarita pizza

“Digər qurumlardan fərqli olaraq, bu tilsimli yerin düz işləmədiyini adi insanlar yalnız 20 il sonra görə bilir... Kinonun “Yasin”ini oxumadan, keçdilər teatrlara - dövlət sektorunda, tamaşaçı ilə birbaşa ünsiyyətdə olan, milli  mədəniyyət yolunda sabit çalışan yeganə sağ qalan işlək qurum... 

Uşaqlarımız onsuz da “Marvel”, DC-ni Dədə Qorqud, “İronman”, “Superman”i Məlikməmməd, Koroğlu bilir artıq... Amma sən demə, kino hələ indi başlayır... M. Skorseze-nin "Kazino" filmində bir səhnə var: kazinoda kimlərsə, böyük məbləğ udub gediblər, o sahəyə cavabdeh insanı müdir dinləmədən, işdən çıxarır. Axı günahım nədir? Ya sən onlarla əlbirsən, ya da işini bilmirsən, məni heç biri qane etmir, nəticəsi eynidir... Bilərəkdənmi, ürəyi açıqlıqdanmı, tarix bunu unudacaq, qalan nəticələrdir... Və ya Helluində Keçəl və Kosa... Hörmətlə, Aqil M.Quliyev”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla teatrında yoxlamalar aparması barədə açıqlama yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!