“Ay Ramiz ağıllı ol, sənin var-dövlətini… ” - Sabir Rüstəmxanlı

saytların hazırlanması

Evə çatdırılma

“Ay Ramiz ağıllı ol, sənin var-dövlətini… ” - Sabir Rüstəmxanlı

Siyasət

18 Oktyabr 2025 18:54 41285


“Ramiz Mehdiyev zəmanəmizin Beryasıdır”.

Yenisabah.az xəbər verir ki, tanınmış hüquqşünas və yazıçı Müşfiq Abbasov bu sözləri “Facebook” hesabında yazıb. O, fikirlərinə belə davam edib:

“Vaxtında hamı qorxdu, indi də nifrət edirlər. Onu linç edənlər də elə vəzifə verdikləridir. Ona görə də halı pisləşir. Tarix hər zaman müxtəlif formalarda təkrarlanır. Onu hamıdan yaxşı elə ulu öndər Heydər Əliyev tanıyırdı. Guya baba onun xəyanətlərini bilmirdi, hamıdan yaxşı bilirdi. Amma lazım olanda ipini çəkirdi, yerində otuzdururdu. Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdə Ramiz Mehdiyevi yıxıb-sürüməyi elə belə deyildi ki...Xalq şairinin dili ilə ona çatdırırdı ki, "Ay Ramiz ağıllı ol, sənin var-dövlətinin sayını, sənin özünü hamıdan üstün tutmaq eqolarını, hakimiyyət hərisliyini yaxşı bilirəm". Ramiz də sakitcə xalq şairimizin dili ilə ona çatdırılan mesajı başa düşürdü və susurdu. Bu belə olmasa idi, Sabir Rüstəmxanlının sonuna çıxardı. Mediada gördüklərinizə çox inanmayın, mətbəxin içindən xəbərimiz yoxdur”. Sezar pizza

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Palitka
    Ən düzgünin siz dediz, ama anlayana
    7 months ago
  • Vüqar
    İndi hamı,Ramiz Mehdiyevi yıxıb sürüyür.Vaxtı ilə.ona yalraqlananlar,görüşmək üçün növbəyə dururdular. Ramiz Mehdiyev kefiyyətli bir adam olmasada,ancaq indi onu asıb kəsənlərdə,heç normal insan deyillər.Mayaları yaltaqlıqdan,xəyanətdənn yoğruulmuş məxluqlardı.Bu acıda olsa həqiqətdir.
    7 months ago