“Aydın kimi mən də ölüm, sonra maraqlansınlar” - Mahir Cürət

saytların hazırlanması

Evə çatdırılma

“Aydın kimi mən də ölüm, sonra maraqlansınlar” - Mahir Cürət

Şou

01 Aprel 2019 17:59 4481


Meyxana ustadı Mahir Cürətin səhhəti getdikcə pisləşir.

“Yeni Sabah” söz ustası ilə əlaqə saxlayaraq onun vəziyyəti ilə maraqlanıb. Meyxanaçı bildirib ki, vaxtında müalicə almasa vəziyyəti getdikcə pisləşəcək:

“Aydının ölüm xəbəri məni yıxdı. Onun ölümündən sonra yatağa düşdüm. Üç gün dispanserdə müalicə aldım. Lakin orada qala bilmədim. İndi evə gəlmişəm”.

Meyxana ustadı “Sənət yoldaşlarınız sizinlə maraqlanırmı?” sualını  belə cavablandırıb:

“Məni ən çox məyus edən də budur. Heç bir sənət dostum mənimlə maraqlanmır, məni  onların biganəliyi daha da pis edir. Gözləyirlər ki, Aydın kimi mən də ölüm sonra maraqlansınlar”.

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!