"Sənətim tək tədbirlər və toylardan ibarət olmadığı üçün yaradıcılığıma ara vermədim. Düşünmürəm ki, hansısa fövqəladə vəziyyət məni sənətdən, yaradıcı işlərdən uzaq sala bilər. Mahnılarımı yazdırdım, pandemiya ərəfəsində çətinliklər olsa da, qardaş Türkiyədə kliplər çəkdirdim, fotosessiyalar etdim”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova axsam.az-a müsahibəsində deyib.
Sənətçi yeganə davamçısı kimi qızını gördüyünü bildirib: Toyuqlu pizza
“Yeganə davamçım, bəli, mənim qızımdır. Təbii ki, genlərin çox böyük rolu var insan həyatında. Qızım 5 yaşından böyük səhnələrdədir. Gündəlik o, mənimlə bərabər "Aygün şou" da çıxış edirdi. "Aygün şou" da görün kimlər qonaq olurdu: Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Samir Bağırov, Gülşən Qurbanova, Azər Mirzəyev. Qızım uşaq yaşlarından onlarla bir səhnə bölüşürdü. İlqarə Kreml səhnəsindən tutmuş, Tofiq Bəhramov adına stadionun səhnəsinə qədər gedib çıxıb. Bir sözlə, o, çox böyük bir məktəb keçib. Bu yaxınlarda da qızımdan gözəl yaradıcı xəbərlər olacaq".
O, əvvəllər küsülü olduğu Röya Ayxanla da duet oxumağa hazır olduğunu deyib:
"Röyanın son zamanlar çıxışları gözəl təsir bağışlayır. Xüsusən "33 sual" da cavablarını izlədim və xoşuma gəldi. Məncə, çox doğru istiqamətdə və mövqedədir. Duetə gəlincə isə, əlbəttə niyə də olmasın. Bəstəkarlarımız bizə yaxşı bir mahnı yazsın, biz də gözəl bir layihə şəklində sevənlərimizə təqdim edərik".
Telegram kanalımız