Aygün Kazımovadan təsirli sözlər:   “Zəngilanın adı gələndə...“

saytların hazırlanması

Evə çatdırılma

Aygün Kazımovadan təsirli sözlər: “Zəngilanın adı gələndə...“

Şou

21 Oktyabr 2020 12:45 3518


Xalq artisti Aygün Kazımova Zəngilan şəhərinin işğaldan azad olunmasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan sənətçi yaşadıqlarının gözünün önündən keçdiyini qeyd edib:

"Qarabağımızın hər kəndi, hər şəhəri gözəldir. Amma Zəngilan və Qubadlının adı gələndə başqa hisslər keçirirəm. Vətən sevgisi, həyəcan, itkilərimiz... Yaşadıqlarımız bir-bir gözümün önündən keçir. Zəngilanımızın qayıdışı mübarək olsun! Tezliklə Ali Baş Komandamızın dilindən Qubadlının, Şuşanın, Laçının, Xocalının, Xankəndinin işğaldan azad olması xəbərini eşidək!" Pepperoni pizza

Qeyd edək ki,  Aygün Kazımova 92-93-cü illərdə Nurəddin Xocanın komandiri olduğu “Bozqurd” batalyonunda, ön cəbhədə müharibədə iştirak edib. O, “Bozqurd” batalyonunda şəfqət bacısı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!