Aynişan Ağdərədə şəhid olan atasından danışdı:   “Heç vaxt yuxuma girməyib“

saytların hazırlanması

Evə çatdırılma

Aynişan Ağdərədə şəhid olan atasından danışdı: “Heç vaxt yuxuma girməyib“

Şou

26 Oktyabr 2020 11:56 5349


Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva şəhid olan atası ilə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, Xəzər telekanalında yayımlanan “Vaxtı Gəldi” proqramında qonaq olan Aynişan atasını bir yaşında itirdiyini bildirib. Bloger gözyaşları içində atası ilə bağlı heç bir xatirəsi olmadığını qeyd edib:

“Uşaqlıqda məhləyə düşəndə bütün uşaqlar əylənirdi, mənsə bir ağac altında oturub sadəcə düşünürdüm. Bunu insan danışa bilmir, danışılası bir şey deyil, çünki səni anlamaq üçün gərək o insan o acını yaşasın. Amma mən atamı həmişə təsvir edirdim, həmişə istəyirdim ki, yuxuma girsin, amma heç vaxt yuxuma girməyib... Həyatım atamı təsvir etməklə keçib, çünki atamla heç bir xatirəm yoxdur”. Dördpendirli pizza

Qeyd edək ki, şəhid Xalid Quliyev 1992-ci il,10 iyulda Ağdərə uğrunda gedən döyüşlərdə minaya düşərək həlak olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!