Ayrıldığı həyat yoldaşından  yazdı: Təriflədi,  paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Ayrıldığı həyat yoldaşından yazdı: Təriflədi,  paylaşım etdi

Şou

30 Avqust 2024 09:43 823


Xalq artisti Yusif Eyvazov son günlər keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko ilə bağlı paylaşımlarıyla gündəmdən düşmür.

“Yeni Sabah” axşam.az-a istinadən xəbər verir ki, ayrılandan sonra tanınmış sənətçilər artıq bir neçə dəfə dünya opera səhnələrində birgə çıxış ediblər. Yusif isə həmin çıxışlarla bağlı Annanın ünvanına təriflər yazaraq paylaşımlar edib.

Bu dəfə isə opera ifaçısı keçmiş xanımı ilə növbəti görüşünü anons edib. O bildirib ki, növbəti birgə çıxışı payızın ilk günündə baş tutacaq. Pepperoni pizza

Y. Eyvazov "Sentyabrın 1-də Buxarestdə "Puccini Masters Of Classic" Qala konsertimizi səbirsizliklə gözləyirəm. Anna Netrebko, Ceromi Boutilier, Pumeza Matşikisa ilə səhnədə, dirijor stendində maestro Mikelancelo Mazza Sofiya Filarmonik Orkestri və Ruse Opera Teatrının xoru ilə. Orada görüşənədək" deyə, paylaşımında yazıb. 

Qeyd edək ki, cütlük iyunun 26-da 10 illik evliliklərinə son qoyduqlarını açıqlayıblar. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!