Azərbaycanlı aktrisa-aparıcı Aysel Nazim Türkiyədə “Moon Life” mükafatına layiq görülüb.
“Moon life” qəzetinin təşkil etdiyi gecəyə ulduz axını olub. Cəmiyyət, incəsənət, idman və media mənsublarının mükafatlandırılıdığı gecədə azərbaycanlı aktrisa Aysel Nazim də yer alıb. O təəssüratlarını musavat.com ilə bölüşüb:
“Artıq Türkiyədə bəlli çevrəm var. Məni sevirlər, işimə dəyər verirlər. Bu dəfə də “Moon life” mükafatlandırma gecəsinə dəvət aldım. Sağ olsunlar əməyimi qiymətləndirirlər. Ötən il Azərbaycan Türkiyə Kardeşlik Gecəsi keçirdik. Bu il “Sinema güzeli” müsabiqəsinə qoşulub, 4 gəncimizi İstanbuldakı müsabiqəyə çıxartdıq. Hazırda “Oklarla dans” filminin çəkilişlərinə hazırlaşırıq. Ekran işində azərbaycanlı kəşfiyyatçını canlandıracağam. Bunlar kiçik işlər deyil. Dünən möhtəşəm gecədə möhtəşəm mükafata layiq görüldüm. Bir çox məşhurlarla görüşdüm, bəziləri ilə tanış idim, amma yeni simalar tanıdım, yeni dostluqlar qurdum. Oktay Kaynarca ilə çəkdirdiyimiz foto sosial şəbəkədə maraqla qarşılandı. Bilirsiniz ki, Azərbaycanda sevilən simadır. Yəni dünənki gecə mənim üçün xoş oldu. Əməyi keçən hər kəsə təşəkkür edirəm”. Sezar pizza
Musavat.com
Telegram kanalımız