Aysun ayrıldığını belə göstərdi   – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aysun ayrıldığını belə göstərdi – VİDEO

Şou

23 Yanvar 2025 14:44 1179


Müğənni Aysun İsmayılova yenə ayrılıq xəbərləri ilə gündəmdədir.

Yenisabah.az-ın məlumatına görə, müğənni Aysun İsmayılova və vəkil Ramil Vəliyevin ikinci dəfə boşanma xəbərləri mətbuatın diqqətini çəkib. Cütlük bu barədə rəsmi açıqlama verməsə də, bəzi detallara əsaslanaraq ayrılıq xəbərlərinin doğru olma ehtimalı yüksək qiymətləndirilir.

Belə ki, Aysun və Ramil sosial mediada bir-birini izləmədən çıxarıblar. Üstəlik, Aysun İsmayılovanın son paylaşımı da bu xəbərləri təsdiqləyən məqamlardan biri olub. Müğənninin "Kesin Bilgi" mahnısının müşayiəti ilə paylaşdığı videoda sol əlində üzüyün olmaması diqqətdən yayınmayıb. pizza hut

Eyni zamanda, Ramil Vəliyevin “Hər şeyin əvvəli olduğu kimi, bir sonu da var” deməsi ayrılıq xəbərlərinin daha da güclənməsinə səbəb olub.

Qeyd edək ki, cütlüyün ayrılıq səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!