Aysun onlardan polisə şikayət etdi

saytların hazırlanması

Evə çatdırılma

Aysun onlardan polisə şikayət etdi

Şou

23 Aprel 2024 10:05 611


Müğənni Aysun İsmayılova növbəti açıqlaması ilə diqqəti özünə çəkib.

Yenisabah.az xəbər verir ki, o, "Tarixin bir günü" verilişində sosial şəbəkələrdə haqqında xoşagəlməz sözlər yazan bir neçə şəxsdən hüquq-mühafizə orqanlarına şikayət etdiyini bildirib.

"Bir müddət əvvəl haqqımda sosial şəbəkələrdə təhqir yazan bir neçə şəxsi Bakı Baş Polis İdarəsinə şikayət etmişəm. Onlar necə lazımdır cəzalandırılıblar. Buna görə də, təşəkkürümü bildirirəm. Hazırda digər bir şəxs barədə araşdırma aparılır. Bəzən təhqiri də keçirlər, şər-böhtan yazırlar. Sanki hadisələr onların yanında baş verib. pizza mizza

Sosial şəbəkələrdə xoşagəlməz və təhqir dolu sözlər yazan şəxslər boş-bekardırlar. Onlar həyatda o qədər bədbəxtdirlər ki, insanların xoşbəxtliyinə neqativ qatmaq istəyirlər".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!