Xalq artisti Tünzalə Ağayeva qəbul imtahanı zamanı valideynlərin abituriyentlərə mənəvi-psixoloji təzyiq etdiyini deyib.
Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə video paylaşan sənətçi bildirib ki, valideynlər övladlarının üstünə çox getməməlidir:
"Test imtahanlarında fəlakətlər baş verir. Deyirlər, niyə 400-500 bal toplamadın? Bu uşağın canından əl çəkin. Heç soruşursunuz, ay uşaq, özünü necə hiss edirsən? Yazıq gecə-gündüz hazırlıqlarda ölür. Bəli, çalışmalıdır. Amma o az bal toplayıbsa, gözləntini qarşılamayıbsa, özünü asmalıdır? Bu, faciədir. Biz dayanmalıyıq, uşaqların üstünə getməməliyik". Dördpendirli pizza
Telegram kanalımız