AZAL-a yeni vitse-prezident təyin olundu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

AZAL-a yeni vitse-prezident təyin olundu - Foto

Sosial

24 Fevral 2022 17:28 4553


“Azərbaycan Hava Yolları” QSC-yə yeni vitse-prezident təyin edilib, bu vəzifə Samir Rzayevə həvalə edilib. 

Bu barədə "Yeni Sabah"a AZAL-dan bildirilib.

Məlumata görə, “AZAL”ın prezidenti Cahangir Əsgərov cümə axşamı “AZAL”ın yeni vitse-prezidenti Samir Rzayevi şirkətin kollektivinə təqdim edib. pizza sifarişi

Samir Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib.

C. Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

“AZAL”ın prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Bizə Xaricdə təhsil alanlar yox, Xaricdəki HALALLIĞI , Şəffaflığı ÖYRƏNƏN QEYRƏTLİ, NAMUSLUĞU YAŞAMAĞIN NÜMUNƏSİNİ AZƏRAYCANA GƏTİRƏNLƏR LAZIMDIR.
    4 years ago