25 May - 23:13
Azər Əliyev Rusiya klubundan rəsmən ayrıldı  - “Neftçi”yə gəlir

Azər Əliyev Rusiya klubundan rəsmən ayrıldı - “Neftçi”yə gəlir

İdman

27 Yan 2022 16:41


Rusiya Premyer Liqa təmsiçisi “Ufa” klubu əslən azərbaycanlı futbolçusu Azər Əliyevlə yolları ayırıb.

Yenisabah.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi A.Əliyev karyerasını “Neftçi”də davam etdirəcək. Bununla bağlı Bakı klubunun rəsmi açıqlaması gözlənilir. 

Krasnoyarsk futbol məktəbinin yetirməsi olan A.Əliyev Rusiyada son klubu "Ufa" ilə yanaşı "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov"da da oynayıb.


Youtube kanalımız


Digər xəbərlər