Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev martın 5-6-da Türkiyənin İstanbul şəhərində baş tutan tədbirə qatılıb.
Deputat qurumun İşçi Qrupunun görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşmüşdü.
İstanbul səfərindən geri dönən Eldar Quliyev səfərin yekunları barədə danışıb. “Səfər çox məhsuldar keçdi. Bunun davamı olaraq iyunun 19, 20, 21 tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 53-cü iclası Bakıda keçiriləcək". Marqarita pizza
O bildirib ki, iyuna qədər komitənin iclasları fərqli ölkələrdə keçiriləcək. "Birinci iclas mədəniyyət komitəsinin iclasıdır ki, Yerevanda olacaq və biz o tədbirə qatılmayacağıq. İkinci tədbir Gürcüstanda, üçüncü tədbir isə Moldovada baş tutacaq.
Bu tədbirlərin yekunu olaraq 53-cü sessiya Bakıda keçiriləcək”.
Modern.az
Telegram kanalımız