Azərbaycan NATO-Gürcüstan birgə hərbi təlimlərinə qatılacaq.
"Yeni Sabah" Türkiyə KİV-nə istinadən xəbər verir ki, təlimlər 18-29 mart tarixlərində və 24 ölkənin iştirakı ilə baş tutacaq.
Təlimin rəsmi açılışı martın 18-də Gürcüstan Müdafiə Nazirliyində olacaq.Təlimlərdə Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, İngiltərə, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, ABŞ, İsveç və Almaniya iştirak edəcək. Toyuqlu pizza
Təlimlərə Beynəlxalq Qızıl Xaç Komitəsi, Birləşmiş Millətlər Sülh Hərəkatları Dairəsi (DPKO) Dünya Sağlamlıq Təşkilatı (WHO) müşahidəçi olaraq qatılacaq.
Telegram kanalımız