Azərbaycan nefti bahalaşır
26 Fev 2021 13:17
336

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 25-də 66,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.

Yenisabah.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər