Hazırda Ermənistan və Azərbaycan nümayəndələri arasında hər hansı səviyyədə görüş barədə razılıq yoxdur.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
O qeyd edib ki, Ermənistan üç prinsip əsasında irəliləmək üçün heç bir maneə görmür. pizza hut
“Bakının hələ də üç prinsipi kağız üzərində qeydə almağa razılıq verməməsi Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı olub-olmaması ilə bağlı narahatlıq yaradır.
Biz Almatı Bəyannaməsinin müvafiq xəritələri əsasında 1991-ci il sərhədlərini bərpa edərək delimitasiya aparmağa hazırıq.
Əgər bu məsələ ilə bağlı razılıq əldə olunarsa, bu, yazılı şəkildə öz əksini tapacaq və bununla bağlı müvafiq ictimaiyyətə məlumat veriləcək”, - Kostanyan vurğulayıb.
Telegram kanalımız