Azərbaycan - Slovakiya matçı qadın hakimə tapşırıldı
21 Yan 2021 16:43
281

Azərbaycan - Slovakiya matçı qadın hakimə tapşırıldı

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da, saat 18:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya oyununun hakimləri müəyyənləşib.

Yenisabah.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcək. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək.

Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər