Azərbaycana 4 qol vurdu, bu siyahıya düşdü 

Azərbaycana 4 qol vurdu, bu siyahıya düşdü 

İdman Veb saytların hazırlanması

20 Noyabr 2023 13:00 836


Belçika yığmasının hücumçusu Romelu Lukaku Avropa Avropa ölkələrinin milli komandaları arasında ən çox qol vuran futbolçular sırasına düşüb. 

Yenisabah.az xəbər verir ki, 30 yaşlı futbolçu buna Azərbaycanla Avro-2024-ün dünənki seçmə matçında (5:0) poker etməklə nail olub. Həmin oyunun birinci hissəsində rəqib qapısına 4 dəfə yol tapan forvard millidə vurduğu qolların sayını 83-ə çatdırıb. Bununla da o, Robert Levandovskini (81 qol) geridə qoyaraq 3-cü pilləyə yüksəlib. 

Bu siyahıya 128 qolla Kriştiano Ronaldo (Portuqaliya) başçılıq edir. İkinci pillədə qərarlaşan Ferens Puşkaş (Macarıstan, İspaniya) çıxış etdiyi iki milli komandada üst-üstə 84 qol vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!