Azərbaycanda 57 yaşlı qadın ana oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 57 yaşlı qadın ana oldu

Sosial

27 Avqust 2022 21:31 1101


Bundan öncəki hamiləliyinin 21-ci həftəsində körpəsini itirən qadın ikinci hamiləliyinin 37-ci həftəsində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) elmi katibi, həkim mama-ginekoloq t.ü.f.d., dosent Aynurə İsmayılovaya müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yüksək riskli hamiləlik, hamiləliyin hipertenziyası, uşaqlığın mioması kimi problemlərə baxmayaraq, hamiləliyin 38-ci həftəsində A.İsmayılova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra edilib. pizza hut

Cərrahi doğuş zamanı dölün ayaq gəlişində olması, ciftin sıx yapışması səbəbindən çətinliklə ayrılmasına baxmayaraq, əməliyyat uğurla sonlanıb və cinsi kişi olan sağlam körpə dünyaya gəlib.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib, ultrasəs müayinəsi zamanı uşaqlıqda heç bir problem aşkar edilməyib. Ana əməliyyatdan üç gün sonra körpəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!