Prorektor iş yerini dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Prorektor iş yerini dəyişdi

Sosial

20 May 2026 13:22 15375


Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abaslı vəzifəsindən azad olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmr K.Abaslının öz ərizəsi əsasında imzalanıb.  Toyuqlu pizza

O, artıq bir müddətdir ADA Universitetində fəaliyyət göstərir. 

Qeyd edək ki, K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr, 2007-2009-cu illərdə isə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistratura təhsili alıb. Həm bakalavr, həm də magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2019-cu ildən müxtəlif ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində tədris aparıb və magistr tələbələrinin dissertasiya işlərinə elmi rəhbərlik edib. 2021-2022-ci illərdə Təhsil İnstitutunda ardıcıl olaraq aparıcı elmi işçi və təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!