“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının fəaliyyətinin bərpası ilə bağlı yeni açıqlama yayıb.
“Yeni Sabah”ın xəbərinə görə, qurumdan bildirilib ki, hazırda Bakı-Tbilisi-Bakı qatarının bərpası üzrə texniki və təşkilati məsələlərlə bağlı işlər aparılır.
Qeyd olunub ki, bilet satışı ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək. Sezar pizza
Xatırladaq ki, mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Bu qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-lə əlaqədar Bakıya rəsmi səfəri çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüşlərdə imzalanan ikitərəfli sazişlər əsasında rəsmiləşib.
Nazim Hacıyev
Telegram kanalımız