Azərbaycanda maaşlar   bu qədər artdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda maaşlar bu qədər artdı

Sosial

20 May 2026 09:43 566


Azərbaycanda orta aylıq əmək haqqı 1151 manata çatıb.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə,  Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk rübündə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artıb: Dominos pizza

"Həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər təşkil edib. Onlardan 869 mini dövlət, 928 mini isə özəl sektorda çalışır. Əməkhaqqı göstəricilərində sektorlar üzrə ciddi fərqlər müşahidə olunur. Ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq əməkhaqqı 4581 manat təşkil edir. Beləliklə, neft-qaz sektorunda çalışanlar ölkə üzrə orta göstəricidən təxminən 4 dəfə çox maaş alırlar".

Deputat qeyd edib ki, maliyyə və sığorta sektorunda orta aylıq əməkhaqqı 2814 manatdır və bank sektorunda çalışanlar ölkədə ən yüksək maaş alan ikinci qrup hesab olunur:

"Ümumilikdə isə iqtisadiyyatın 9 sektorunda əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir. İqtisadiyyatın 10 sektorunda isə orta aylıq əməkhaqqı ölkə göstəricisindən aşağıdır. Ən aşağı maaş kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb — 720 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanların orta maaşı 768 manat təşkil edir. Təhsil sahəsində orta aylıq əməkhaqqı 824, elm və elmi fəaliyyət sahəsində isə 1048 manatdır".

Vüqar Bayramov vurğulayıb ki, əməkhaqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, xüsusilə dövlət sektorunda maaşların optimallaşdırılması prioritet məsələlərdən biri olaraq qalır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!