Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA

Siyasət

19 May 2026 18:25 124


Bakı-Tiflis-Bakı sərnişin qatarı bərpası məsələsi dünən Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Baş naziri arasında müzakirə olunub.

"Yeni Sabah" Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında qeyd edib.

“Hər iki ölkənin liderlərinin verdikləri tapşırıqlara uyğun olaraq aidiyyatı qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər. Bu gün hər iki ölkənin birgə qərarı ictimaiyyətə təqdim olundu”, - deyə Prezidentin köməkçisi vurğulayıb. pizza mizza

Hikmət Hacıyev quru sərhədlər bağlı olduğu halda sərnişindaşımanın necə həyata keçiriləcəyi barədə suallara da münasibət bildirib:

“Hələki işlər aparılır. Hesab edirik ki, sərnişin daşınması ilə əlaqədar dəmiryol nəqliyyatının Gürcüstan və Azərbaycan arasında bərpasının təmin olunması barədə məsələnin həlli yolları var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!